İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi

811 20.07.2026 17:00 Şou-biznes A A
 
 
Aparıcı Zaur Baxşəliyev artıq çəkisi ilə bağlı sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, aparıcı paylaşdığı videoda kökəlməsi ilə bağlı verilən suallara cavab verərək, bu mövzunun onu narahat etmədiyini deyib.

"Özünüzə niyə dərd edirsiniz ki, kökəldim və ya arıqladım? Qarın da mənimdir, onu daşıyan sümük də, piy də, paltar da mənim. Qarnım kiməsə narahatlıq verirsə, problem yarana bilər. Amma onu özüm daşıyıramsa, niyə narahat olum? Kef edin, özünüzlə fəxr edin, özünüzü sevin. Özünüzə, bədəninizə dəyər verin. Ruhunuza, düşüncənizə baxın. Cism boş şeydir. İnsanın ruhu gözəl olmalıdır", – deyə o bildirib.

Zaur Baxşəliyev son vaxtlar bir qədər çəki aldığını da etiraf edib və bununla bağlı deyilən fikirləri problem hesab etmədiyini vurğulayıb. Onun sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR