İnsanlara hürriyət, millətlərə istiqlal!

Zabuxçay su anbarı bu il istifadəyə veriləcək - AÇIQLAMA

619 13.03.2024 12:56 Ölkə A A

“Bu ilin ortalarına kimi Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir”.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsi Beynəlxalq Konfransının (“Baku Water Week Conference”) açılış mərasimində deyib.

“Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlama üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir. Bundan başqa 13 anbarın yenidənqurulması məsələsi var. Onlardan 2-si bərpa olunub”, - deyə o qeyd edib.
Z.Mikayılov əlavə edib ki, paralel olaraq digər anbarların texniki-iqtisadi əsaslandırılması aparılır.

Qeyd edək ki, Həkəriçay üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərini Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş. aparır. Bu işlərin görülməsi üçün şirkətlə 128,2 milyon manatlıq müqavilə imzalanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR