İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenski ilə NƏ DANIŞIB? - Özü açıqladı - VİDEO

201 26.07.2024 02:36 Dünya A A

ABŞ-ın sabiq prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı onu tezliklə sülhə nail olmağa çağırıb.

APA xəbər verir ki, Tramp Fox News-a müsahibəsi zamanı danışıqların təfərrüatlarını açıqlayıb.

“Mən dedim ki, biz bu hərbi münaqişəyə son qoymalıyıq. Bu döyüş maşınıdır. Qarşınızda hərbi maşın var. Onların etdikləri budur. Onlar müharibə edirlər. Onlar Hitlerə qalib gəldilər. Onlar Napoleonu məğlub etdilər” deyən eks-prezident “ruslar haqqında danışdığını” açıqlayıb.

Trampın sözlərinə görə, o Ukraynadakı döyüşləri baş verməməli olan qarışıqlıq adlandırıb.

Qeyd edək ki, iyulun 20-də Zelenski Trampla telefon danışığı apardığını və amerikalı siyasətçi ilə şəxsi görüş barədə razılığa gəldiyini açıqlamışdı. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR