İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yaxın üç ildə İranla müharibəyə hazır olmalıyıq" - Britaniya ordusunun komandanından sensasion açıqlama

202 26.07.2024 01:59 Dünya A A

Dörd ölkə: İran, Rusiya, Şimali Koreya və Çin gərginlik oxu kimi İngiltərənin təhlükəsizliyini təhdid edir və biz yaxın üç ildə onlarla müharibəyə hazır olmalıyıq.

Musavat.com “The Guardian“a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi, general Reli Uoker çıxış edib.

O qeyd edib ki, Britaniya və onun müttəfiqləri bu müddətdən sonra müharibəyə hazır olmalıdırlar.

O, 2027 və 2028-ci illərdə Böyük Britaniyanın həmin dörd ölkənin böyük təhdidi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib: “Müharibə qaçılmazdır və Britaniya ordusu dörd ölkə ilə mübaribəyə hazır olmalıdır. Rusiyanın Ukrayna ilə müharibəsindən İranın nüvə silahı əldə etmək niyyətinə qədər bizim üçün təhddidir. Düşməni məğlub etmək üçün ordunun gücünü ikiqat artırmaq lazımdır”.

Musavat.com xatırladır ki, bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps da (bu ilin əvvəllərində) oxşar açıqlama ilə çıxış edib.

Britaniyanın müdafiə naziri vurğulamışdı ki, narahatlıq doğuran məsələ onların düşmənlərinin bir-birinə daha yaxın olmasıdır: "Məsələn, biz İranın proksilərinin İsraildən Qırmızı dənizə qədər necə fəsadlar törətdiyini gördük. Rusiya Çinlə tərəfdaşlığını "limitsiz tərəfdaşlıq" adlandırır və onlar müntəzəm birgə təlimlər keçirirlər. Eyni zamanda, Putin Ukraynadakı qeyri-qanuni bombalamalarını gücləndirmək üçün İranın pilotsuz uçuş aparatlarına və Şimali Koreyanın ballistik raketlərinə arxalanır. Belə dostlar var ikən dünya daha da təhlükəli hala gəlir və son illər bu baş verməkdədir". 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR