İnsanlara hürriyət, millətlərə istiqlal!

Sena çayının çirkli olması olimpiya iştirakçıları üçün təhlükə yaradır

165 26.07.2024 02:21 Dünya A A

Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.

“Report”un məlumatına görə, bu barədə Britaniyanın “Time” jurnalı yazır.

Belə ki, iyulun sonunda aparılan testlər suda təhlükəli bakteriyaların, xüsusən də “E.coli” və “enterokok”ların səviyyəsinin yüksək olduğunu göstərib.

Bakteriyaların səviyyəsi bir sıra amillərdən asılı olaraq dəyişir: yağışın miqdarı, günəşli günlər və çayın sürəti. Belə ki, Paris hakimiyyət orqanlarının dərc etdiyi həftəlik hesabatlara əsasən, iyunun 24-dən iyulun 2-dək çaydakı su doqquz günün altısında Avropa standartlarına uyğun üzmək üçün yararlı olub.

“Çayda bakteriyaların səviyyəsi dəyişməyə davam edərsə, səlahiyyətlilər çayın planlaşdırılan yarışlar zamanı üzmək üçün təhlükəsiz olduğuna qərar verərsə, idmançılar sağlamlıq riskləri ilə üzləşə bilərlər. Belə ki, çayda aşkarlanan bakteriyalar mədə-bağırsaq xəstəliklərinə, o cümlədən qusma və ishallara səbəb ola bilər. Bu cür simptomlar yarışlarda iştirak etmək üçün əla fiziki formada olan idmançıları mütləq sevindirməyəcək”, - məqalədə deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR