İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamala Harris Trampla debata hazırdır

193 26.07.2024 04:08 Dünya A A

ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı Donald Trampla debata hazır olduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Harris məsələ ilə bağlı bunları deyib:

"Məndən debatla bağlı soruşurlar. Demək istəyirəm ki, mən Donald Trampla debata hazıram. Debatın əvvəl də razılaşdırıldığı kimi, sentyabrın 10-da keçirilməsinə razılıq verdim. O da bununla razılaşdı", - deyə Harris müsahibəsində bildirib.

Harrisin sözlərinə görə, Tramp debat üçün yerin dəyişdirilməsini tələb edib və bununla da qismən geri addım atmış olub.

Qeyd edək ki, Tramp növbəti debatı ABC-də deyil, Fox News-da keçirmək istədiyini açıqlamış və bunu ABC-nin qərəzliliyi ilə əlaqələndirmişdi. ABC-nin debatı sentyabrın 10-na planlaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR