İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanın sabiq naziri suda boğulub

586 25.01.2021 02:55 Dünya A A

Yunanıstanın İctimai asayiş Nazirliyinin keçmiş rəhbəri, 77 yaşlı Sifis Valirakis suda boğulub.

Bu barədə “Report” "Skai" telekanalına istinadən xəbər verir.

KİV qeyd edib ki, Valirakis Evbeya adasında, şəhərkənarı evinin olduğu Eretriya şəhərciyi yaxınlığında rezin qayıqda gəzintiyə çıxıb.

Ancaq o uzun müddət evə qayıtmayıb. Ona görə də xanımı bu barədə sahil mühafizəsi xidmətini xəbərdar edib. Mühafizə xidmətinin əməkdaşları axtarışların gedişatında onun mindiyi qayığı tapıblar, qayıqda sualtı ov üçün iki tüfəng də aşkarlanıb.

Sabiq nazirin özünün meyiti daha sonra kiçik Evbei adasının yaxınlığındakı qayaların yanında tapılıb.

İlkin versiyaya görə, nazir qayıqdan sürüşərək suya düşüb və ya vəziyyəti pisləşib.

Valirakis 1995-1996-ci illərdə nazir olub. O, həmçinin 1997-ci ildə deputat seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR