İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisi təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı tədbir keçirib

407 08.12.2021 12:59 Son xəbər A A

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı nəzarət-profilaktiki tədbir keçirib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, növbəti dəfə keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.

Keçirilən reydlərin sürücülərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı onlara izah olunub, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR