İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiyada yenidən küçəyə çıxmaq qadağası tətbiq edilib

414 15.02.2021 17:10 Səhiyyə A A

 


Koronavirusun mutasiyaya uğramış 3 ştammı tapıldığı üçün Yeni Zelandiyada yenidən sərt karantin rejimi tətbiq edilib.

Musavat.com BBC Türkcə-yə istinadən bildirir ki, Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern ölkənin ən böyük şəhəri Ouklandda koronavirusun 3 ştammı aşkarlandığı üçün küçəyə çıxmaq qadağasını yenidən bərpa edib. Beləliklə, 3 gün ərzində insanların küçəyə çıxması qadağan olub.


Yeni Zelandiya ada olduğu üçün burada koronavirus sürətlə yayıla bilməmişdi və ölkə koronavirusla mübarizədə gördüyü işlərə görə yüksək dəyərləndirilirdi.
Beş milyon əhalisi olan ölkədə yalnız 2300 yoluxma və 25 ölüm faktı aşkar edilib.

Yeni qərara əsasən, Ouklandda insanlar 3 gün ərzində evdən yalnız alış-veriş etmək və ya işə getmək üçün çıxacaq, mağazalar və məktəblər bağlı qalacaq.

Digər şəhərlərdə mağazalar və məktəblər açıq olsa da, hökumət əhaliyə mümkün qədər alternativ üsullardan istifadə etməyi tövsiyə edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR