İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni nəsil Türkiyə silahı: “Mızrak” oyun qaydalarını dəyişir VİDEO

4192 01.05.2026 01:49 Dünya A A

Türkiyənin Baykar şirkəti süni intellekt elementlərinə malik yeni nəsil “Mızrak” dolanan sursat sistemini təqdim edib.

Musavat.com xəbər verir ki, sistem SAHA 2026 sərgisi ərəfəsində keçirilən nümayiş döyüş sınaqlarından uğurla keçib və real hədəfin məhv edilməsi nümayiş etdirilib.  

“Mızrak” uzun müddət gözləmə rejimində qalmaq, hədəfləri müstəqil müəyyənləşdirmək və yüksək dəqiqlikli zərbələr endirmək qabiliyyətinə malikdir. Bildirilir ki, sistem GPS siqnalının olmadığı və ya basdırıldığı şəraitdə də effektiv fəaliyyət göstərə bilir.

Kompleksin sürü formatında istifadəyə uyğun hazırlandığı və 1000 kilometrdən artıq məsafədə uzaq missiyaları yerinə yetirmək üçün nəzərdə tutulduğu qeyd olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR