İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yeni Müsavat"a türk dünyasından təbriklər davam edir

3490 11.11.2019 11:50 Media A A

"Yeni Müsavat" qəzetinin 30 illik yubileyi ilə bağlı redaksiyamıza həm ölkə daxilindən, həm də ölkə xaricindən təbrik mesajları gəlməkdə davam edir. Onların hamısını dərc etmək, təəssüf ki, mümkün deyil. Ancaq bu təbriknamələr arasında elələri var ki, onları oxucularımıza çatdırmağı məsləhət bildik. Bundan əvvəl belə mesajlar Özbəkistandan, Yakitiya Saxa respublikasından da gəlmişdi və onları yaymışdıq.

Bu təbriklər sırasında İraq Türkmən Qəzetçilər Birliyinin qurucusu və prezidenti Şəmsəddin Küzəçi, EkoAvrasiya təşkilatının idarə heyətinin sədri Hikmət Eren, "Kazan utları" jurnalının baş redaktoru R.Qaliullin də var. 

Dəyərli həmkarlarımıza və Türk dünyasının öndə gələn isimlərinə təbrik üçün minnətdarlığımızı bildiririk.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR