İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni mərhələdə Azərbaycanın HƏDƏFLƏRİ: Qara dənizin dibi ilə…

855 13.03.2024 16:03 Kriminal A A

“2023-cü ilin ilk iki ayında Azərbaycanın Avropaya qaz ixracatı 9.6 faiz artaraq 2.1 milyard kubmetr olub. Bu müddətdə Türkiyəyə 1.4, Gürcüstana isə 0.6 milyard kubmetr qaz ixrac olunub. Azərbaycanın ümumi qaz ixracatı son iki ayda 4.1 milyard kubmetr olub. Ümumi qaz hasilatı isə 2.3 faiz artaraq 8,2 milyard kubmetrə çatıb”.

Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, bir sıra beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli və ikili standartlara söykənən çağrışlarına baxmayaraq, Azərbaycan ilə Avropa arasındakı iqtisadi əməkdaşlıq daha da güclənir: “Son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb. Eyni zamanda, artıq Avropanın 5 ölkəsinə mavi qaz nəql edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib”.

İqtisadçı deputat vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır: “2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır. TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var”.

V.Bayramov söyləyib ki, yeni mərhələdə Azərbaycan öz “yaşıl enerji”sini də Avropa bazarına çıxaracaq: “Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2026-cı ildən sonra Gürcüstan ərazisi və Qara dənizin dibi ilə Avropa İttifaqına ixrac edilə bilər. Göründüyü kimi, qərəzli bəyanatlar bir söz deyir, rəqəmlər isə başqa mənzərə yaradır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR