Məhəmməd Sinvar HƏMAS-ın yeni lideri seçilib.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qeyd edilib ki, ötən ilin oktyabr ayında İsrailin hücumu nəticəsində öldürülən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar əvvəllər təşkilatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edib.
Nəşr yazır ki, yeni lider Qəzza zolağında fəal şəkildə döyüşçülər cəlb etməyə başlayıb və bununla da İsraili müharibəyə sürükləyib.
Toğrul İSMAYIL,
Musavat.com