"Bir çox ölkələr Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp arasında danışıqlar platformasına çevrilməyə hazır olduqlarını bildiriblər".
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmən hakimiyyətə gələnə qədər Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı ritorikasının dəyişməsi barədə danışmaq tezdir.
"Biz bu müsahibələri çox diqqətlə izləyirik. Amma bunun ritorikada dəyişiklik olub-olmaması barədə rəsmi təyinatlardan cəmi bir həftə sonra danışa biləcəyik. Hələ ki, yaxın 7 gündə ABŞ Bayden və komandası tərəfindən idarə olunur", - deyə Dmitri Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ABŞ-ın yeni seçilmiş prezidentinin Rusiya lideri Vladimir Putinlə görüşə hazırlaşdığını bildirmişdi. Onun sözlərinə görə, Tramp Rusiya ilə dialoq olmadan "Ukrayna üzrə sövdələşmənin" mümkünsüzlüyünə inanır və yaxın aylarda bunun üzərində işləyəcək.
Musavat.com