İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan Azərbaycana qaytarılan 4 kənddən danışdı

829 13.01.2025 13:49 Region A A

“Hakim qüvvənin lideri Azərbaycanın Ermənistana təqdim etdiyi demilitarizasiya tələbinə cavab olaraq qarşılıqlı silahlara nəzarət, kvota və silahdan istifadəyə məhdudiyyətlər barədə danışıqlar mexanizmini formalaşdırmağa hazır olduğunu bəyan edəndə ağlıma Tavuşda keçən il təslim edilən (Qanuni olaraq Azərbaycana qaytarılan - red.) 4 kənd gəldi”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, revanşist siyasətçi Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyan bu kəndləri təslim etməzdən əvvəl güzəştlərini qarşılıqlılıq prinsipi əsasında izah etməyə çalışıb.

“Yəni sovet dövrünün xəritəsinə görə, Tavuşda “demarkasiya” aparılmalı idi, burada güzəştlər qarşılıqlı olmalı idi, amma baş verənlər hamıya məlumdur və yalnız Ermənistan əraziləri verdi. İndi bu reallıqları və təcrübələri nəzərə alsaq, Ermənistanın qarşılıqlı nəzarət və ya silah məsələlərinin məhdudlaşdırılması təklifinin gündəliyə və ya ikitərəfli razılaşmaya əsas yaradacağına inanan sağlam düşüncəli adam varmı? Əlbəttə, yox. Daha pis bir şey deyəcəyəm. Əslində, bu o deməkdir ki, nə vaxtsa bu təklif redaktə olunacaq və yalnız Ermənistanın silahlarına kvota, məhdudiyyətlər və nəzarət qalacaq”, - deyə Abramyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR