Xəbər verdiyimiz kimi, burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova ötən gün vəfat edib.
Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.
Nəzrin bu gün Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunurdu ki, onun beyninə çirk dolub. Faktla bağlı araşdırma aparılır.
Mərhumun dəfnindən görüntüləri təqdim edirik:/azxeber