İnsanlara hürriyət, millətlərə istiqlal!

Nədən Rüstəm İbrahimbəyov Kiyevdəki meydanda niyə yoxdur?

2129 10.12.2013 03:19 Yazarlar A A



Dostlardan biri "Yeni Müsavat""dakı köşə yazıma (“Müsavat Partiyası Milli Şurada qala bilərmi?” başlıqlı) maraqlı reaksiya verib. Yazıda toxunulan bəzi məqamlara Facebook-da münasibət bildirən İlyas Abdullayev yazıb: "Elbəyi bəy, Rüstəm bəyi heç Bakıya dəvət etməyə ehtiyac yoxdur. Getsin Kiyevə, Maydanda Ukrayna xalqına Azərbaycan müxalifəti adından bir dəstək çıxışı yapsın, bəs edər. Əgər edə bilərsə."

Digər sosial şəbəkə fəalı Düzgün Atalı isə bildirib: “ Bu, çox gözəl ideyadı, Rusiyanın adamı olmadıgını bu hərəkətlə sübut etsin“.

Doğrudan da gözəl ideyadır. Nədən Rüstəm bəy bunu indiyəcən etməyib? Əslində bunu çoxdan etməsi gərəkirdi. Axı, elə bu günlərə kimi o, Milli Şuranın tək sədri idi. İndi də fəxri sədridi -  təmsil hüququ hələ də qalır. 

Bir müşahidəmi bu məqamda mütləq deməliyəm. Ümumiyyətlə, Rüstəm bəy indiyə kimi Azərbaycanın strateji seçimi ilə bağlı konkret hansısa bir fikir söyləməyib. Elə buna görə də onun Rusiyaya meylli olması barədə çoxsaylı iddialar ayaq tutur...

Rusiyanın Avrasiya İttifaqı və vahid Gömrük Birliyi uğrunda apardığı savaş göz qabağındadır. Azərbaycan bu ilin noyabrında Avropa Birliyi ilə assosiativ sazişi də imzalaya bilmədi. Təbii ki, rəsmi Bakı Moskvanı hövsələdən çıxarmaq istəmədi. Elə Ukraynada milyonların yürüşü məhz bu məsələdən dolayı gündəmə çıxıb...

Amma Rusiya vətəndaşlığından imtina etmək istəməyən, üstəlik, Bakıya da qayıtmaqdan imtina edən Rüstəm İbrahimbəyov Ukraynaya da getməyə tələsmir. Və əminliklə demək olar ki, o, bu addımı da atmayacaq. El isə, nədən, Milli Şuranın sədri Cəmil Həsənli bunu etməsin? Fikrimizcə, bu son dərəcə önəmli məsələdir. Bütün dünyanın diqqət mərkəzində olan bir kürsüdən Azərbaycan xalqının Ukrayna xalqına dəstəyini ifadə etmək, xalqımızın da oxşar təhlükə ilə üzləşdiyini vurğulamaq və Azərbaycan müxalifətinin dövlətimizin gələcəyini məhz Avropa Birliyində görməsini bəyan etmək üçün bundan gözəl fürsət ələ düşməz. Təəssüf ki, bu gedişlə bu təşəbbüs də əldən veriləcək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR