İnsanlara hürriyət, millətlərə istiqlal!

“YAŞAT”ın açıqladığı rəqəmlər əslində nədən xəbər verir? VİDEO

708 08.12.2021 20:15 Son xəbər A A

Bəli, II Qarabağ müharibəsində Azərbaycan ordusunun əsgər və zabitləri hərb tariximizə qızıl hərflərlə şanlı səhifələr yazdılar. Bu səhifələrin yazılmasında canı, qanı torpağa qarışan da oldu, yaralanaraq sağlamlıq imkanlarını itirənlər də. Döyüşmək də borcumuz idi, döyüşənlərə qayğı göstərmək də borcumuzdur.

İndi bu əbədilik borcumuzu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaratdığı “YAŞAT” Fondunun timsalında fəxr və qürur hissi ilə yerinə yetiririk. Bunu hər kəs görür ki, şəhid ailələri və qazilərimizin sosial müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Həm dövlət, həm cəmiyyət olaraq yaşamağımız üçün yaşamını itirənlərin ailələrinə, sağlamlığını itirənlərin məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı, yaradıcı potensialın inkişafı, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, sosial vəziyyətinin yaxşılaşmasına dəstək veririk. Həm çox qürurverici, həm də ağır işdir.

Qüruru daha çox ictimaiyyətin payına, ağırlığı isə bir yaşlı “YAŞAT”ın çiyinlərinə düşür. Bu qısa vaxtda fond tərəfindən minlərlə qazimizin problem həll edilib, yüzlərlə igidimiz xarici ölkələrdə müalicəyə göndərilib, 3 minə yaxın şəhid ailəsi birbaşa mənzillərində ziyarət olunub.

Xeyirxahlığın, birlik və bərabərliyin təzahürü olan belə addımlardan biri də 2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Nazim Zahirovun ailəsi üçün atılıb. Dövlət tərəfindən mənzillə təmin edilən ailəyə “YAŞAT” Fondu tərəfindən müxtəlif vaxtlarda lazımi maddi yardımlar edilib Şəhid bacısı Aygün Zahirova deyir ki, qardaşım Suqovuşan istiqamətində şəhid oldu: “Biz onu şəhid verdikdən sonra çoxlu dost qazandıq. O cümlədən rəhbərimiz başda olmaqla, “YAŞAT” fondu şəhid və qazi ailələrinə daima yardım göstərir və bizi yanlarında hiss etdirirlər”. Şəhidin atası Həmzə Zahirov bildirir ki, onun banka olan borcu sildirilib, sağlamlığı ilə bağlı hara lazımdır göndərilib: “Hara lazımdır həkimlərə yönləndirir bizi, məişət əşyaları ilə bağlı bizə köməklik ediblər”. Fondun Türkiyəyə müalicəyə göndərdiyi 150-dən çox qazidən biri də Nicat Əmrəliyevdir. 27 sentyabr 2020-ci ildə Suqovuşan uğrundakı döyüşlərdə düşmən tərəfindən atılan minaatan mərminin partlaması nəticəsində ağır yaralanan Nicat növbəti əməliyyata hazırlaşır. Təbii ki, “YAŞAT” Fondunun hesabına: “10 əməliyyatımın xərcləri müxtəlif klinikalarda “YAŞAT” fondu tərəfindən ödənilib. Bu ilin iyul ayından isə Türkiyəyə Cumhuriyyətinə göndərilmişəm. Türkiyədə çiyin və çanağın bud çanaq implantla əvəzlənməsi və “YAŞAT” fondu tərəfindən qarşılandı maddi xərcləri. Reabilitasiya olduqdan sonra vətənə qayıtdım. 10-15 gün öncə yenidən Türkiyəyə göndərildim. 1 ay sonra yenə əməliyyat olunacağam və “YAŞAT” Fondu tərəfindən ödəniləcək məbləğ. Bundan başqa, banka 15 min manat olan borcumun 5 min manatını ödədim”.

Bəli, bu 1 il ərzində Nicatın timsalında onlarla qazinin və şəhid ailəsinin banka olan borclarını da ödədi “YAŞAT”. Bu proses indi də davam etdirilir. Azyaşlı olsa da, yaşından böyük layihələrə imza atan “YAŞAT” bunu bacardı.

Sübut etdi ki, 1 yaşı olmasına baxmayaraq rahat yaşamağımız üçün bizi yaşadanların ailələrini yaşatmağa doğru iri və sürətli addımlarla irəliləyir. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyir ki, bu müddət ərzində “YAŞAT” fondu bu günə qədər 11000 qazi və şəhid ailəsi üzvünün 16000-dən çox problemini həll edib: “Ümumilikdə bu istiqamətdə 50 milyon manatdan çox vəsait xərclənib. Onların böyük əksəriyyəti şəhid ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılmasına, qazilərin müalicəsinə, hər birinin təhsil xərclərinə və ən əsası tibbi müalicə xərclərinə. Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib və yaşat fondu olaraq dünyaya gəlmiş şəhid övladının adına bank hesabı açılır və ora 5000 manat depozit əmanət qoyulub. Hər bir şəhid övladı 16 yaşına çatdıqda bu vəsaitdən özünün müəyyən məqsədləri üçün istifadə edə biləcək. Düşünürük ki bu dövrə qədər müəyyən faizlərlə bu məbləğ daha da böyüyəcək və şəhid övladları özlərinin ilkin xərclərini, təhsil haqlarını və digər məsələlərinin həll edə biləcəklər...” (APA TV)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR