İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşasaydı, 20 yaşını qeyd edəcəkdi - FOTOLAR

828 12.08.2023 21:06 Şou-biznes A A

Yaşasaydı, avqustun 11-də Hollivud ulduzu Robert De Nironun nəvəsi Leandro De Niro Rodrigesin 20 yaşı olacaqdı.

Musavat.com xəbər verir ki, iyulun 2-də faciəvi şəkildə dünyasını dəyişən gəncin anası Drena De Niro bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Oğlunun uşaqlıqdan 19 yaşına qədər olan müxtəlif fotolarını paylaşan ana qeyd edib:

"Bu gün 20 yaşın olacaqdı. Həyatımın ən xoşbəxt və ən dərin 20 ilinə görə sənə təşəkkür edirəm, mənim balaca mələyim. Ümid edirəm ki, indi rahatsan və ruhun bu gün sevinclə doludur. 11.8.03 - 2.7.23"

Qeyd edək ki, bu ilin may ayında bütün dünya əfsanəvi Hollivud ulduzu Robert De Nironun 79 yaşında yeddinci dəfə ata olmasından danışırdı. Daha sonra isə aktyorun yaxın dostu, 83 yaşlı Al Paçinonun dördüncü övladı dünyaya gəlmişdi. Bütün bu sevindirici hadisələrin ardınca Robert De Niro ilk övladı Drena De Nironun 19 yaşlı oğlu Leandro De Niro Rodrigesin faciəvi şəkildə ölməsi xəbərindən sarsılmışdı. 19 yaşlı Leandro anasının yeganə övladı idi. O, babası və anası kimi aktyor olmağı arzulayırdı. Hətta 19 illik qısa ömrü zamanı 2 filmdə rol almışdı. Lakin çox təəssüf ki, son zamanlar ABŞ-da epidemiya kimi yayılan ölümcül fentanil həblərinin son qurbanlarından biri oldu. Leandroya narkotik satmaqda ittiham olunan 20 yaşlı Sofiya Heyli Marks iyulun 13-də həbs edilib.

Xatırladaq ki, Robert De Nironun nəvəsi Leandro De Niro Rodriges iyulun 2-də Manhettendəki mənzilində ölü tapılıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR