İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağışlı hava Bakı bazarlarını necə “YANDIRDI”? - Bazardan REPORTAJ VİDEO

518 29.07.2024 18:39 Reportaj A A

Son günlər havaların soyuq keçməsi kənd təsərrüfatı məhsullarının keyfiyyət və qiymətinə ciddi təsir göstərir. Bazarlarda qiymət artımı nəzərə çarpacaq dərəcədə müşahidə olunur.

Davamlı yağan yağışlar rayonlarda bir sıra  mövsümü meyvələrin tələf olmasına səbəb olur ki, bu da məhsul qıtlığının yaranmasına gətirib çıxarır.

Belə olan halda seçim imkanı olmayan vətəndaş mövsümü meyvə və tərəvəzləri aşağı keyfiyyətdə olsa da baha qiymətə almağa məcbur olur.

“Yeni Müsavat” qəzetinin əməkdaşı real vəziyyəti öyrənmək məqsədi ilə Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarına baş çəkib, satıcılar və alıcılarla söhbətləşib.

BAZARR.jpeg (411 KB)

Satıcı Sərxan Hüseynov bildirib ki, davamlı yağıntı bazarlarda əməlli-başlı qiymət artımına səbəb olub. Məsələn, bir neçə gün bundan öncə 2 manata satılan zoğalın və lobyanın qiyməti 3 manata qalxıb.  

Digər satıcı Hikmət Əliyev isə məhsul azlığından şikayətlənib. Onun sözlərinə görə, yağışın yağması məhsul yığımına təsir göstərib. Onun sözlərinə görə, bu səbəbdən pomidorun qiyməti 4 manata kimi qalxıb.

SERXAN.jpeg (56 KB)

“Çatdırılma ilə bağlı problem var. Məhsul Bakıya çətinliklə gəlir”, - deyə satıcı əlavə edib.

Vəli Mehdiyev isə xiyarın qiymətinin 50 qəpikdən 1 manat 40 qəpiyə qalxdığını deyib: “Nə məhsul var, nə də camaatda pul. Bazar çox zəifdir. Nəqliyyat  problemi də var. Benzinin, dizelin qiymətininn qalxması daşınmaya təsir edib.  Əgər məhsul əvvəl 70 manata rayondan Bakıya gətirilirdisə, indi 100 manata gətirilir. Əvvəllər fəhlə 15 manata yığırdısa, indi 20 manata yığır”.

Heç alıcılar da ürəkaçan sözlər demirlər: “İndiki qiymətlərdən heç kim razı deyil bazarda baha olmayan heç nə yoxdur” – alıcı Səkinə xanım deyir.   

ALİCİ 1.jpeg (91 KB)

ALİCİ.jpeg (91 KB)

Qarpız və yemiş satıcılarının isə öz dərdi var. Deyirlər ki, küləkli, yağışlı havada heç kim qarpız yemir, buna görə də malları əldə qalıb: “Bu məhsullar sahələrdə qalıb. Gətirən yoxdur. Heç alıcı da yoxdur”. 

BAZAR SON.jpeg (420 KB)

İqtisadçı Natiq Cəfərli deyir ki, tərəvəz istehsalçıları yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Məhsuldarlıq azalıb, qiymətlər qalxıb:

“Pomidor iyul ayında heç vaxt Bakıda bu qədər baha olmayıb. Bu il  4-5 manatdan ucuz albalı tapa bilmirsən. Hətta bahalı marketlərdə 9-10 manata satılır. O cümlədən gilas və başqa meyvələr haqqında da bunu demək olar. Bu, həm də ixracatın artması ilə əlaqədardır. Buna görə də iqtisadi qanunlar işə düşür:  az məhsul, baha qiymət”.

NATİQ CEFERLİ.jpg (27 KB)

Ekspertin sözlərinə görə, çıxış yolu idxalın artırılmasıdır:

“Xaricdən məhsul alıb daxili bazarda məhsuldarlığı artırmaq olar. Bunun üçün gömrük rüsumlarına və vergi dərəcələrinə güzəştlər lazımdır ki, məhsul bolluğu yaransın. Əsas çıxış yolu isə orta və uzun vaxtda istehsalın artırılmasıdır”.  

Şahanə Rəhimli,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR