İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy karvanında "sağ-sol" edən sürücü maşını otluğa saldı - VİDEO

336 30.07.2024 03:23 Ölkə A A

Şəmkirdə toy karvanında qaydaları kobud şəkildə pozan sürücünün törətdiyi qəza anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, sürücü görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Hərəkətdə olan "Mistsubishi Outlander" markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, "şou" göstərən sürücü anidən idarəetməni itirərək maşını yaşıllıq sahəyə salıb.

Şahidlərin iddialarına görə, qəzaya səbəb maşının sol təkərinin qırılması olub. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR