İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Polşaya ağır texnika və artilleriya cəmləyir

253 30.07.2024 00:52 Dünya A A

ABŞ Almaniyadakı hərbi bazalardan Polşaya zirehli texnika və artilleriya aparır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Radio Zet radiostansiyası yayıb. Bildirilir ki, köçürmə NATO-nun şərq cinahını gücləndirmək üçün planlaşdırılmış əməliyyat çərçivəsində həyata keçirilir.

Radionun məlumatına görə, Povidzdəki bazaya 87 tank, 150 piyada döyüş maşını və 18 özüyeriyən artilleriya qurğusu köçürüləcək. Radio Zet qeyd edir ki, avadanlıqların ötürülməsi sentyabrın sonuna qədər davam edəcək.

Bu əməliyyatın başlanması barədə iyunun 28-də “Stars and Stripes” qəzeti məlumat yayıb. Tikintisinə 2022-ci ilin yayında başlanılan Povidzdəki bazada Amerika texnikası və sursatları üçün anbar 2025-ci ildə tam hazır olacaq. 14 Abrams M1 tankının ilk partiyası iyunun sonunda Povidzə gəlib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR