İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bürclər bir-birinə nifrət edirlər

1506 29.07.2024 21:51 Astrologiya A A

Astroloqlara görə, bəzi bürclər qətiyyən bir-biri ilə yola getmir. Buna səbəb isə sözügedən bürclərin xarakterlərinin tamamilə fərqli olmasıdır. 

Musavat.com Yenisabah.az-a istinadla bir-biri ilə ziddiyyət təşkil edən bürcləri təqdim edir:

Qoç bürcü - Qoç bürcünün nümayəndələri özünə güvənən insanlardır və özlərini ön plana qoymağı xoşlayırlar. Ancaq bu xüsusiyyətlər Şir, Əqrəb və Dolça bürcü ilə anlaşmalarını çətinləşdirir. 

Buğa bürcü - Buğaların hədəfləri sabitdir və heç vaxt dəyişmir. Bu səbəbdən Xərçəng, Oğlaq, Tərəzi kimi dəyişkən xarakterə malik insanlarla anlaşmaq onlar üçün çətindir. 

Əkizlər - dəyişkən, maraqlı, qərarsız bürcdür. Buna görə də, Oxatan, Qız və Balıqlar birbaşa Əkizlərlə ziddiyət təşkil edir. 

Xərçəng bürcü - Xərçəngin tamamilə əks xarakterə malik olan bürcü Oğlaqdır. O, Oğlaqlarla  demək olar ki, heç vaxt anlaşmır. Çünki Xərçəngin emosional təbiəti var. Oğlaq bürcünün realist təbiəti ilə bu bürc uyğunlaşa bilməz. 

Şir bürcü - Şir bürcünün əksi Buğa, Əqrəb və Dolçadır. Bu bürclər Şir bürcünün nümayəndələrini özündənrazı və təkəbbürlü hesab edirlər.

Qız bürcü - Qız bürcünün həddindən artıq vasvası olmağı və hər bir hərəkətini əvvəlcədən hesablaması cəld hərəkət etməyi sevən Oxatan, Qoç və Şir bürcü ilə bir araya gələ bilmir.

Tərəzi bürcü - Qoç, Xərçəng və Oğlaq bürcü üçün Tərəzilər çətin şəxsiyyətə sahibdirlər və onlarla yola getmirlər. 

Əqrəb bürcü – Bu bürcün ancaq özünü düşünməsi Şir, Dolça və Buğa bürclərini yorur və onlar Əqrəb bürcünə dözülməz bir insan kimi baxırlar.

Oxatan bürcü - Həvəsli və diqqətsiz Oxatanın əksi  Əkizlər, Qız və Balıqlardır. Bu bürclər Oxatanları şıltaq və həddindən artıq optimist hesab edirlər. 

Oğlaq bürcü - Onun əksi Xərçəng, Tərəzi və Qoçdur. Oğlaqların həddindən artıq səbri və nizamlılığı əks əlamətlərinə görə darıxdırıcı görünür. 

Dolça bürcü - Dolçalar torpaq qrupuna daxil olan Buğa, Qız və Oğlaq ilə çətinliklə anlaşa bilirlər.

Balıq bürcü – Bu bürclər Balıq bürcündən başqa heç bir bürclərlə anlaşa bilmirlər. Xüsusilə Əkizlər, Qız və Oxatanlar Balıqlar üçün dözülməzdir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR