İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar - VİDEO

308 30.07.2024 00:37 Ölkə A A

Şəhid ailələrinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar.

Bu, "Təhsil haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

İndiyədək yalnız dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqda şəhid ailəsi üzvlərinin təhsil xərcləri dövlət hesabına ödənilirdi. Bundan sonra özəl peşə, orta ixtisas və ali təhsil müəssisələrində də onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Elm və Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yeni tədris ilindən etibarən “Təhsil haqqında” qanuna əsasən dövlət və özəl ali təhsil müəssisələrində bakalavriat və magistratura, bununla yanaşı, rezidentura təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alacaq şəhid övladlarının təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Müharibə ilə bağlı əlilliyi olanların və müharibə veteranlarının da təhsil xərclərini dövlət ödəyəcək. Həmçinin dövlət təhsil müəssisələrinə aid olunan imtiyazlar bütün özəl peşə, orta ixtisas və ali təhsil müəssisələrinə də şamil ediləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR