İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamal və Sabunçuda oğurluq edənlər saxlanıldı

397 20.07.2026 18:39 Kriminal A A

Bakı şəhəri, Yasamal rayonu ərazisində bir nəfərə məxsus "Toyota" markalı avtomobildən 1100 dollar, 200 avro, 850 manat dəyərində mobil telefon və qulaqlıq oğurlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı X. İsgəndərova, 34 yaşlı A. Təhvəli və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A. Rəfiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sabunçu rayonu ərazisində 1200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı M. Əliyev də saxlanılıb.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR