İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım əsr əvvəl: Bir tankın bitirdiyi müharibə

3243 05.07.2026 02:27 Dünya A A

Vyetnam Şimal və Cənubun birləşməsinin 50 illiyini qeyd edib. Musavat.com xəbər verir ki, tarixə düşən T-54 tankı yenidən dünyanın diqqət mərkəzinə gəlib.

İyulun 2-də Vyetnam Şimal və Cənubun birləşməsinin 50 illiyini qeyd edib. Bu tarixi hadisənin əsas rəmzi isə 1975-ci il aprelin 30-da Sayqondakı prezident sarayının darvazasını yararaq içəri daxil olan sovet istehsalı T-54 tankı olub.

1945-ci ildə Fransız Hind-Çininin tərkibində olan Vyetnam müstəqilliyini elan etdi. İmperator Bao Day taxtdan imtina edərək hakimiyyəti Ho Şi Minin rəhbərlik etdiyi inqilabçılara təhvil verdi.

Lakin Fransa bunu tanımadı və Birinci Hind-Çin müharibəsi başladı. Nəticədə ölkə faktiki olaraq iki hissəyə bölündü: Şimala Ho Şi Min rəhbərlik edir, Cənuba isə Fransa və Bao Day nəzarət edirdi.

Sonrakı illərdə münaqişə ABŞ ilə SSRİ arasında geosiyasi qarşıdurmanın əsas meydanlarından birinə çevrildi. ABŞ-də müharibə əleyhinə etirazların güclənməsi fonunda prezident Riçard Nikson "vyetnamlaşdırma" siyasətinə başladı. Lakin Uotergeyt qalmaqalından sonra istefa verdi və yeni ABŞ rəhbərliyi Sayqona yardımı minimuma endirdi.

1975-ci il aprelin 30-da Sayqon süqut etdi. Həmin gün bort nömrəsi 843 olan sovet istehsalı T-54 tankı prezident sarayının iri dəmir darvazasını yararaq içəri daxil oldu və bu görüntü Vyetnam müharibəsinin ən məşhur simvollarından birinə çevrildi. 2 iyul 1976-cı ildə isə Şimali və Cənubi Vyetnam birləşir və Vyetnam Sosialist Respublikası qurulur.

Bu hadisədən sonra ölkə vahid dövlət kimi birləşdirildi və Sayqon şəhərinin adı sonradan Ho Şi Min şəhəri olaraq dəyişdirildi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR