İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ XƏBƏRDARLIĞI – Avqustun 6-na qədər davam edəcək - Həyatınız elə dəyişəcək ki...

1238 10.07.2026 10:44 Astrologiya A A

Sevgi, pul, gözəllik planeti hesab olunan Venera Qız bürcünə keçib və 6 avqusta qədər davam edəcək yeni astroloji dövr başlayıb.

Musavat.com-un xəbərinə əsasən, tanınmış astroloq Dinçer Güner bildirib ki, bu göy hadisəsi münasibətlərdən maliyyəyə qədər bir çox sahədə nəzərəçarpacaq təsirlər yaradacaq.

Bu müddətdə dəbdəbə deyil, sadəlik və səmimiyyət ön plana çıxacaq. Böyük və təmtəraqlı jestlərdən daha çox kiçik, lakin mənalı davranışlar dəyər qazanacaq.

1-hefl.jpg (226 KB)

Dinçer Günerin sözlərinə görə, Veneranın Qız bürcündəki hərəkəti sevgi münasibətlərində romantika anlayışını dəyişəcək. Artıq bahalı hədiyyələr və möhtəşəm sürprizlərdən çox gündəlik həyatı asanlaşdıran qayğıkeş davranışlar sevginin ən gözəl ifadəsi sayılacaq. Sevdiyiniz insanın hazırladığı bir fincan qəhvə, ev işlərində göstərdiyi dəstək ən dəyərli romantik jestlərdən biri kimi qiymətləndiriləcək.

Lakin Qız bürcünün tənqidçi təbiəti münasibətlərə də təsir göstərə bilər. Astroloq xəbərdarlıq edir ki, tərəfdaşların bir-birinin qüsurlarına həddindən artıq fokuslanması xırda məsələlərin böyüməsinə və lazımsız mübahisələrə səbəb ola bilər. Mükəmməllik axtarışı münasibətin dincliyini pozmamalıdır.

Bu dövrdə insanlar münasibətlərinə daha realist yanaşacaqlar. "Bu münasibət mənə həqiqətən yaxşı təsir edirmi?", "Qarşımdakı insan həyatımı asanlaşdırırmı?" kimi suallar daha tez-tez veriləcək.

Sağlam və etibarlı münasibətlər daha da möhkəmlənə bilər. Daim problem yaradan və insanı yoran münasibətlər isə yenidən dəyərləndirilə və ciddi şəkildə sorğulana bilər.

Veneranın Qız bürcündə olması maliyyə məsələlərinə də təsir edəcək. Bu müddətdə israfçılıqdan uzaq durmaq, büdcəni qaydaya salmaq və qənaət etməyə üstünlük vermək daha asan olacaq.

Bu dövrdə gözəllik anlayışında da təbiilik ön plana çıxacaq. Ağır makiyaj və diqqətçəkən estetik müdaxilələr əvəzinə sağlam dəriyə qulluq, düzgün qidalanma və müntəzəm idman daha çox maraq doğuracaq. Detoks proqramları, tibbi müayinələr və gigiyenaya əsaslanan sağlam həyat tərzi vərdişlərinin də aktuallaşacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR