İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan “əli ətəyində” qayıdan Nikol – Bakı xilaskara çevrilir

733 10.07.2026 10:49 Region A A

Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun 6-da Rusiyaya səfəri ölkə üçün gözlənilən iqtisadi nəticələri verməyib. Bu barədə erməni nəşri “Joxovurd” yazıb. “Son aylarda Ermənistan-Rusiya iqtisadi münasibətlərində yaranan problemlər fonunda gözlənilirdi ki, görüş zamanı heç olmasa, erməni biznesinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən razılaşmalar əldə olunacaq. Lakin hökumətdəki mənbələrin bildirdiyinə görə, Paşinyan Yekaterinburqdan narazı qayıdıb.

İrəvan Moskva ilə təhlükəli oyunda – “Rusiya Ermənistana kömək etməyəcək,  çünki...”

Məlumata əsasən, görüşdə müxtəlif məsələlər müzakirə olunsa da, əsas problemlərlə bağlı heç bir praktik razılıq əldə edilməyib. Xüsusilə, Ermənistandan Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində irəliləyiş olmayıb. Eyni vəziyyət enerji sahəsində də müşahidə olunur”, - qəzet qeyd edib.

Bu azmış kimi, Rusiyada dərinləşən yanacaq böhranı Ermənistanın enerji təhlükəsizliyi üçün də yeni risklər yaradıb. Belə ki, Moskvanın dizel yanacağının ixracına iyulun 8-dən tam qadağa qoyması Rusiyadan enerji baxımından yüksək dərəcədə asılı olan Ermənistanı faktiki olaraq yeni tədarük mənbələri axtarmağa məcbur edir. İllik təxminən 180 min ton dizel idxalının 150 min tona yaxını Rusiyanın payına düşür və bu yanacaq Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırılır. Bu asılılıq isə Ermənistanı başqa ölkədə baş verən iqtisadi və siyasi proseslərin faktiki girovuna çevirir və Azərbaycandan enerji asılılığını gücləndirir.

Yada salaq ki, 2025-ci il dekabrın 18-də Azərbaycan ilk dəfə Ermənistana avtomobil yanacağı ixrac edib. Ardınca fasilələrlə yenə neft məhsulları göndərib. Kremlin artan təhdidləri isə Azərbaycanı Ermənistan üçün faktiki xilaskarına çevirir. Son gəlişmələr İrəvanı qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri maksimum tez qaydaya qoymaq üçün sülh müqaviləsinin imzalamağa tələsdirə bilərmi?

Hikmət Babaoğlu: Yeni kadr təyinatları milli inkişafımızın prioritetlərinin  realizə olunmasına hesablanıb - AZƏRTAC

Deputat Hikmət Babaoğlu Musavat.com-a qeyd edib ki, Rusiya seçim tələb edir: "Rusiyada baş verən hadisələr, yanacaq böhranı Moskvanın mövqeyini daha da sərtləşdirir. Yəni Rusiyanın özünün yanacağa ciddi ehtiyac duyduğu bir vaxtda fədakarlıq edərək Ermənistana yanacaq göndərməsinin heç olmasa Ermənistan tərəfindən qiymətləndirilməsini istəyir. Rusiyanın vəziyyəti ağırlaşdıqca isə onun Ermənistana qarşı aqressiyası da artır".

Deputatın fikrincə, hazırkı vəziyyətdə bu cür addımlar Ermənistanın üzünü daha sərt şəkildə Qərbə çevirməsinə gətirib çıxara bilər: "Rusiya artıq burada iqtisadi alətlərdən başqa Ermənistana qarşı demək olar ki, heç bir vasitədən istifadə edə bilməz. Yəni seçkilərə ciddi müdaxilə edə bilmədi və vəziyyət də ortadadır. Ona görə də Ermənistanın öz real, təbii orbitinə qayıtması üçün şərtlər formalaşdıra bilər. Orbit haradır? Əlbəttə ki, Cənubi Qafqaz, Azərbaycan və Ermənistanın qonşuları ilə münasibətlərinin qısa müddətdə həll olunması".

Hikmət Babaoğlu vurğulayıb ki, Türkiyə və Azərbaycanla münasibətlər qısa müddətdə tənzimlənərsə, Ermənistanın arzuladığı Avropaya qapısı da açılmış olar: "Bununla yanaşı, yanacaq ehtiyacının da böyük bir hissəsini təmin etmək imkanı yaranar. Ona görə də tarixi təbii coğrafiya formalaşdırıb və həmin tarixi-təbii coğrafiyanın özünün ən münasib şərtləri də məhz indi formalaşır. Doğrudur, tarixin xəbəri yoxdur ki, bu Azərbaycan ərazisində Ermənistan adlı dövlət var və tarix bunu heç vaxt qəbul etməyəcək. Amma bütün hallarda, hələlik vəziyyət belədirsə, əlbəttə ki, bu proseslər Ermənistanın daha çox regional inteqrasiyaya və eyni zamanda Qərbə istiqamətlənməsinə gətirib çıxara bilər".

Hikmət Babaoğlunun fikrincə, bunun üçün Ermənistan qəti və sürətli addımlar atmalıdır: "Paşinyan da bunun fərqindədir. Hörmətli xarici işlər nazirimiz Ceyhun Bayramovun bəyanatları və sinxron şəkildə Ermənistanın baş naziri tərəfindən səsləndirilən fikirlər göstərir ki, bu vəziyyətin yenidən qiymətləndirilməsi zərurəti yaranıb. Artıq görüləcək işlərin bir qismi layihələndirilib, bir qismi isə real icra mərhələsinə qədəm qoyub.
Yeganə maneə konstitusiya məsələsidir ki, Paşinyan artıq bununla bağlı ilin sonuna qədər addım atılacağını bəyan edib. Mənə elə gəlir ki, bir gün sonra atılan addım da, dekabrın 31-də atılan addım da ilin sonuna qədər atılmış addım hesab olunur. Ona görə də bu tarix, bu zaman intervalı nə qədər irəli çəkilərsə, sülhə nail olmaq da bir o qədər tez mümkün olar".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR