İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbuluna bu ölkə imkan verməyib

335 16.07.2026 11:13 Siyasət A A

Yunanıstan Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbuluna imkan verməyib.

Musavat.com Financial Times (FT) qəzetinə istinadən xəbər verir ki, Afina Avropa Komissiyasının paketə Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasına qadağanı daxil etməsindən narazıdır. Bildirilir ki, bu addım Yunanıstan biznesinə mənfi təsir göstərəcək.

Dünən Aİ üzv ölkələrinin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar raundu ilə bağlı razılığa gələ bilməyibər və danışıqlar 23 iyula qədər təxirə salınıb. FT-nin məlumatına görə, əvvəlki görüşdə Yunanıstan nümayəndəsi Rusiyanın mayeləşdirilmiş təbii qazının daşınmasına qadağa qoyulmasını da əhatə edən sanksiyaların Yunanıstanın Dynagas gəmiçilik şirkətini məhv edəcəyini bildirib.

Equasis dəniz informasiya portalına görə, Dynagas 27 mayeləşdirilmiş təbii qaz tankerini idarə edir. Bunlara “Yamal” mayeləşdirilmiş təbii qaz zavodunun yaxınlığında sərt Arktika şəraitində işləməyə imkan verən gücləndirilmiş dizayna malik Arc7 buz sinifli tankerlərin donanmasının üçdə biri daxildir.

Qəzetin yazdığına görə, Yunanıstan səfiri həmkarlarına bildirib ki, əgər 21-ci sanksiyalar paketi hazırkı formada qəbul edilərsə, Dynagas öz gəmilərini digər coğrafi zonalarda istifadə edə bilməyəcək və bu da onları Qərbdən kənar şirkətlərə satmağa məcbur edəcək. Bu yüksək ixtisaslaşmış gəmilərin dəyərinin 300 milyon dollara qədər olduğu bildirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR