İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şəhərdə işıqlar söndü, daxili raket poliqonu vuruldu"-Ukrayna PUA-ları Rusiyanın dərinliyində

758 16.07.2026 11:42 Dünya A A

Rusiya Federasiyasının daxili strateji nöqtələri növbəti dəfə Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.

Musavat.com xəbər verir ki, Saratov vilayətinin hərbi və logistik mərkəzi olan Engels şəhəri gecə saatlarında kütləvi dron hücumuna məruz qalıb. Yerli sakinlər gecə boyu şəhər səmasında çoxsaylı PUA mühərriklərinin səslərini eşitdiklərini və ard-arda güclü partlayışların baş verdiyini bildiriblər.

Hücumun əsas hədəfi Rusiyanın uzaqmənzilli strateji bombardmançı təyyarələrinin (Tu-95 və Tu-160) yerləşdiyi və Ukrayna şəhərlərinə raket zərbələri endirmək üçün istifadə olunan "Engels-2" hərbi aerodromu olub. Müstəqil monitorinq qrupları və OSINT analitikləri təsdiq edirlər ki, zərbələrdən sonra aviabazanın ərazisində, xüsusilə hərbi təyyarələrin dayanacağının yaxınlığında dəhşətli yanğın başlayıb və göyə qara tüstü dumanları yüksəlib.

Eyni zamanda, PUA-ların Engelsdəki elektrik yarımstansiyasını da hədəf aldığı, partlayışlardan dərhal sonra şəhərin böyük hissəsində elektrik enerjisinin kəsildiyi qeyd olunur. Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin hədəfləri birbaşa yaşayış məhəllələrinin üzərində vurmağa çalışması isə növbəti fəsadlara yol açıb. Belə ki, vurulan pilotsuz aparatların qalıqları və HHM raketləri Engels şəhərindəki çoxmərtəbəli yaşayış binasına və bir neçə şəxsi evə dəyib, nəticədə yaşayış sektorunda da ciddi yanğınlar qeydə alınıb. Saratov vilayətinin qubernatoru Roman Busargin yalnız dron hücumu təhlükəsini rəsmən təsdiqləsə də, zərbələrin fəsadları və dağıntıların miqyası barədə hələlik rəsmi açıqlama verməkdən yayınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR