İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada hakim partiyadan olan deputat rüşvət almaq ittihamı ilə həbs olunub

218 25.12.2019 10:05 Dünya A A

Dekabrın 25-də Yaponiyada hakim Liberal Demokratik Partiyadan (LDP) olan deputat kazino oyunlarının çinli operatorundan bir neçə milyon yen məbləğində rüşvət almaq ittihamı ilə həbs olunub.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, rüşvət almaqda ittiham olunan Tsukasa Akimoto Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi LDP-dən parlamentin aşağı palatasının üzvü seçilib.

48 yaşlı T.Akimoto Ş.Abenin hakimiyyəti dövründə Yaponiyada kazinoların inkişaf etdirilməsi layihəsinə cavabdeh şəxslərdən biri olub. Belə ki, o, ötən ilin dekabrında nazir müavini vəzifəsinə təsdiq edildikdən sonra Çinə səfəri zamanı Yaponiyada oyun biznesi qurmaq istəyən şirkətlə danışıqlar aparıb. Həmin Çin şirkətinin prezidenti ilə görüşdən sonra o, Hokkaydoda tikiləməsi planlaşdırılan əyləncə rayonlarından birinə səfər edərək, burada yerli hakimiyyət orqanlarının nümayəndələri ilə müzakirələr aparıb.

Tokio prokurorluğunun istintaq qrupunun T.Akimotonun ofisində axtarışlar apardığı da bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR