İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya XİN-də türk dönəmi: Uyğur əsilli Arfiya Eri yeni komandanın əsas fiquruna çevrildi - FOTO

759 25.11.2025 20:25 Gündəm A A

Musavat.com xəbər verir ki, Yaponiyada yeni Sanae Takaiçi hökuməti formalaşarkən, ölkənin xarici siyasət xəttində diqqətçəkən bir addım atılıb. Arfiya Eri — uyğur əsilli diplomat — Yaponiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini və eyni zamanda Yaxın Şərq, İslam dünyası və Asiya üzrə idarənin direktoru təyin edilib.

Yeni təyinat Tokionun Çin siyasətində sərtləşməyə, xüsusilə də insan hüquqları məsələlərində daha prinsipial mövqe tutmağa hazırlaşdığını göstərir. Arfiya Eri Çinə qarşı kəskin tənqidləri ilə tanınır və hökumətin xarici siyasət qrupunda aparıcı rol oynayacaq.

Arfiya Eri: “Uyğurların mübarizəsinə dəstək olmaq Yaponiyanın borcudur”

Yeni müavin açıqlamasında bildirib:

“Yaponiya Uyğur türklərinin hüquqlarının qorunmasını hər zaman vacib hesab edib. Uyğurlar öz milli kimliklərini, dillərini və mədəniyyətlərini qorumaq üçün mübarizə aparırlar. Yaponiya onların özünü müdafiə mübarizəsinə dəstəkdir.”

Bu bəyanat, Takaiçi kabinetinin Pekinlə münasibətlərdə daha prinsipial xətt tutacağını təsdiqləyən növbəti siqnal kimi qiymətləndirilir. Arfiya Eri-nin yüksəlişi həm Yaponiyada, həm də beynəlxalq arenada böyük rezonans doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR