İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya hökuməti Putinin sülh müqaviləsi təklifindən imtina etdi

1051 12.09.2018 18:04 Dünya A A

Ərazi mübahisəsi öz həllini tapmayana qədər Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa deyib.

“Biz inadla danışıqları davam etdirərək “şimal əraziləri”nin qaytarılması probleminin həllinə nail olacaq, yalnız bundan sonra sülh müqaviləsi bağlayacağıq”, - baş katib bildirib. Xatırladaq ki, “şimal əraziləri” kimi Yaponiya Kuril adalarının cənub hissəsində yerləşən İturup, Kunaşir, Şikotan və Xaboman adalarını nəzərdə tutur.

Siyasətçi onu da əlavə edib ki, Yaponiya hökuməti Rusiya prezidenti Vladimir Putinin hər çıxışını şərh etmək fikrində deyil. Bundan öncə rusiyalı lider öncədən heç bir şərt irəli sürmədən 2018-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını təklif etmişdi. Putinin fikrincə, mübahisəli məsələləri müqavilə imzalandıqdan sonra da müzakirə etmək olar.

Vladivostokda davam edən Şərq İqtisadi Forumundakı çıxışında Yaponiyanın baş naziri Sindzo Abe Moskva ilə Tokio arasında sülh müqaviləsinin olmamasını qeyri-normal hal adlandırmışdı.

Virtualaz.org xatırladır ki, Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi 70 ildən artıqdır ki, imzalanmır. Tokio müqavilənin imzalanması üçün dörd adanın geri qaytarılmasını tələb edir. Moskva isə hesab edir ki, həmin adalar İkinci dünya müharibəsinin yekunlarına görə SSRİ-nin tərkibinə keçib və onlar üzərində suveren hüquqlar şübhə altına alına bilməz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR