İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - YENİLƏNİB FOTO

3277 17.07.2024 11:24 Son xəbər A A

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası bitib.

İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlər müəyyənləşib.

Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb/Report

***

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti iclas keçirəcək. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın namizədləri müəyyən ediləcək.

Modern.az-ın məlumatına görə, partiyanın İdarə Heyətində təmsil olunan şəxslər artıq YAP-ın binasına gəlməyə başlayıb.

Toplantının yaxın saatlarda başlayacağı gözlənilir.

İclasdan sonra hakim partiyanın bütün seçki dairələri üzrə namizədlərini açıqlayacaq.

Qeyd edək ki, YAP-ın İdarə Heyətində 40 nəfər təmsil olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR