İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıya gedə bilmirik, bəs, soyqırımı tanıda bilirikmi? İki əks mövqe CANLI-da

404 03.02.2022 15:44 Gündəm A A

Fevralın 26-da Xocalı qətliamının 30-cu ildönümü qeyd olunacaq. Prezident İlham Əliyev tədbirlər planı haqda sərəncam imzalayıb. Hər il soyqırımın təbliği və tanıdılması bu ərəfədə gündəmə gəlir. Bizim diaspor təşkilatlarımız xaricdə bu yöndə lazımı səviyyədə iş görə biliblərmi? 44 günlük müharibədən sonra diaspor qurumlarının fəaliyyəti qane edirmi? Onlar həqiqətən iş görür, yoxsa pul silməklə məşğuldurlar? Diasporla İş üzrə Dövlət Komitəsi hansı addımları atır?

“Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub’’.

Bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib. Prezident qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur: “Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər".

Dövlətimizin başçısı qeyd edib ki, milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu mütləq lazımdır.
Yeri gəlmişkən, AŞ PA-nın qış sessiyasında Ermənistanın hazırladığı anti-Azərbaycan qətnaməsi qəbul edilib. Qətnamədə media, insan haqları, erməni əsirləri ilə bağlı məsələlərdə yenə də qərəzli mövqe ortaya qoyulub. Həmçinin cinsi azlıqlarla bağlı məsələlərdə Azərbaycanı qınayıcı müddəalar əks olunub.

Ermənistanın quzu imicini yaratmağa hesablanmış bu qətnamə Avropadakı lobbi nökərlərinin işidir, yoxsa Azərbaycanın mövqeləri zəifləyib?
Bu gün TVMusavat-ın canlı yayınında, “Həftə içi” verilişinin aparıcısı Emil Salamoğlunun moderatorluğu ilə “Diaspora informasiya mərkəzi”nin rəhbəri Toğrul Allahverdili ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu diaspor işini, Xocalı soyqırımın tanıdılması istiqamətində görülməli olan işləri müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR