İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıdakı ermənilərə xəbərdarlıq, Xankəndiyə ünvanlı azan sədası və ukraynalı səfirin diz çökdüyü anıt

2388 27.02.2022 11:20 Gündəm A A

Bu günlərdə hamımız həyəcanlıyıq, bir gözümüz Ukraynadadır, bir gözümüz Qarabağda. Cəbhənin hər iki xəttindən tezliklə şad xəbərlər gözləyirik. Onu da bilirik ki, Ukraynada həm də Azərbaycanın taleyi həll olunur, Allah eləməmiş işğalın baş tutması nəinki postsovet məkanının, həm də dünyanın yeni təhdidlə üzləşməsi demək olacaq, ona görə də duaçıyıq, azadlıqsevər, günahsız xalqın və dövlətin yanındayıq...

Ötən əsrin dəhşətli hadisələrindən birinin – hələ də qiymətini almayan Xocalı soyqırımının 30-cu ildönümünü yaşayırıq. Əgər bu gün Ukraynanın halına acıyan dünya, beynəlxalq təsisatlar 1992-ci ildə erməni faşizminin, sovetlərə məxsus 366-cı motoatıcı alayla birlikdə törətdiyi dəhşətli cinayətlərin cəzasını versə, Nürnberq Məhkəməsi yenidən ədalətli hökmünü çıxarsa, sərkisyanlar, ohanyanlar, köçəryanlar və cani sovet əsgər-zabitləri divara dirənib güllələnsəydilər, bu gün kimsə Ukrayna torpağına soxulmağa cəhd göstərməzdi, dünyanın gözü baxa-baxa dinc insanların üstündən tankla keçməzdi. Vaxtilə göz yumdular, Alma-Ata, Tiflis, 20 Yanvarda da Bakı qırğınına biganə oldular, “SSRİ-nin daxili işi” sandılar. Heç Gürcüstanın, Moldovanın ərazilərinin, həmçinin Ukraynanın Krımının ilhaqı zamanı da “sərt” bəyanatlardan və “dəhşətli sanksiya” hədələrdən o tərəfə keçmək istəməyənlər anlamadılar ki, vaxt gələcək imperiyanın sınıq-salxaq qalıqlarını toplamaq istəyi keçəcək birisinin dumanlı başından. Budur, prezident Zelenski demişkən, tək qalmış Ukrayna tar-mar edilir, Qərb hələ indi-indi tədarükə başlayır, sanksiyalar, qadağalar, hədələr, yardımlar. Ukrayna və Gürcüstana vaxtaşırı NATO ilə Avropa İttifaqının “vəsiqəsini göstərib”, sonra “yox, hələ tezdir” deməklə də bu ölkələrin ərazilərinin gözgörəsi ilhaqına bais oldular, ayını qıcıqlandırdılar. Sonra da Rusiyanın hücumu barədə kəşfiyyat məlumatlarını alıb da, tez-tələsik vətəndaşlarını, səfirliklərini köçürməyə başladılar. Bəs, bu günlərdə metro sığınacaqlarında gözüyaşlı qalan körpələrin günahı nəymiş, bunu düşünmədilər.

Kiyev metrosu sığınacaq kimi istifadə olunacaq

Əslində Rusiyanı cəsarətləndirən həm də vaxtilə atılmış anoloji addımlar olub.  ABŞ BMT-niin sanksiyasını belə, gözləmədən İraqa ordu yeridib, bu məmləkətin altını-üstünə çevrimədimi? Sonrakı dönəmlərdə “ərəb baharı” adı ilə ölkələr qan gölündə boğulmadımı? Sonra da qapılarını bər-bərk qapadılar, hər şeyindən məhrum olmuş, bircə canlarını götürüb qaçan insanların üzünə. Qapısını taybatay açıb, milyonlarla qaçqını bağrına basan KİŞİ DÖVLƏT Türkiyə ilə isə namərdcəsin davrandılar, hər cür felə əl atdılar onu sarsıtmaq üçün. Biz bütün bunları görüb gəldik Ukrayna fəlakətlərinə doğru.

Ukraynada muharibede olen ve yaralananlarin sayi AÇIQLANDI

Ukraynada da bu reallığı yaxşı anlayırlar. Ona görə də kömək gözləmədən, nüvə dövləti ilə savaşa bütün Ukrayna səfərbər olunub, hamı silahlanır, Molotov kokteyli ilə də olsa, müqavimət göstərir rus ordusuna. Ukrayna cəbhəsindən yayılan foto-videokadrları müqayisə edirik, Gəncədə raketlə vurulan binalarla, öldürülən, qanına boyadılan dinc sakinlərlə... Dərdimiz-sərimiz birdir. Elə düşmənimiz də. Diqqət etdiniz yəqin, Ukraynada da şəhidlər verməkdəyik. Əslən Cəbrayıl rayonundan olan bir ailənin 3 üzvü şəhid oldu. Qarabağdan, erməni faşizmindən sağ çıxdı, amma Ukraynada mərmiyə tuş gəldi. Saxlanılan diversantların sırasında isə ermənilər də var, Ermənistan pasportu ilə! Bu faktlar Azərbaycan və Ukrayna xalqlarını bir az da yaxınlaşdırır, elə dövlətlərimizi də.

Pentagon: Rusya henüz Ukrayna'da hava üstünlüğü elde edemedi

Ukraynanın Azərbaycandakı səfirinin Xocalı abidəsini ziyarət səhnəsinə baxın. Vladislav Konevski Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edib, gül dəstəsi qoyub və abidə önündə diz çöküb. Sosial şəbəkələrdə, mediada yayılan bu foto hamımızı təsirləndirdi. Bu gün Xerson uğrunda ölüm-dirim savaşı aparan ölkənin böyükelçisinin Xocalıda həlak olmuş dinc sakinlərimizə sayğısı bizim dərd ortağı olduğumuzu bir daha təsdiqləyir. Bəs, Rusiya səfirini nə vaxtsa belə ehtiram göstərən gördükmü? Yox. Heç bu günədək Şuşaya da səfər etməyib. Özü də düşmənləri Fransa və ABŞ səfiri daxil olmaqla. Bunlar Qarabağ məsələsində anti-Azərbaycan koalisiyası qurdular illər boyu...Bu ədalətsizlik olmasa, dünya Ukrayna fəlakətlərinə şahid olmazdı...

e5a9c735-cc6c-4b95-807c-746beffd0a93.jpg (183 KB)

Saat 17.00-da Azərbaycanda Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edildi. Əgər bu sayğı duruşu dünyanın faşizmə qarşı dayanmaq istəyi olan hissəsində də elan olunsaydı, faşizm, terrorizm, işğala meyillilik yenidən sürətlə boy atmazdı. Odur ki, bu gün Ukraynanın işğalından “təəssüflənən və şoka düşən” BMT daxil, dünyanın aparıcı gücləri də suç ortağıdır baş verənlərə görə.

Azərbaycan isə Xocalı dəhşətlərini heç zaman unutmayacaq, bir daha onu yaşamamaq üçün! Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Xocalı soyqırımı münasibətilə 26 fevralda növbəti dəfə matəm yürüşünün keçirilməsi həm də dünyaya bir mesaj sayılmalıdır, siz də unutmayın, Xocalı soyqırımını tanıyın, mesajı! Njde varisləri cəzasını almasa, bu gün Qarabağda, sabah Xarkovda, o biri gün Avropanın mərkəzində peyda olacaqlar, heç şübhəsiz!

20 fevral günündə Qarabağda – üzü Xocalıya, Xankəndinə doğru ucaldılan azan sədaları da ruhumuzu oxşadı, qəbimizi riqqətə gətirdi. Bütün Qarabağ ərazisindəki şəhidlərimizin ruhuna layla oldu Allahın kəlamı, bu matəm günündə...Sağ olsun düşünənlər! Xankəndi, Xocalı, Xocavəndə əvvəlcə azan səsi yayıldı, sonra əsgərimiz də ayaq basacaq, inşallah!

Azərbaycan əsgərinin düşmənə xəbərdarlığı isə lap yerinə düşdü. Xocalının Pirlər kəndi istiqamətində səngər qazan erməni sepafratçılarına elə öz dillərində, səsgücləndiricilərlə xəbərdarlıq edildi: “Dayandırın, yoxsa...”

İndi ermənilər təşvişdədir, özlərinə toxdaqlıq verirlər ki, heç yerə köçməyəcəyik, daha nələr. Belə çıxır ki, bunlar heç ermənicə də başa düşmək istəmirlər, əsgərimiz deyib ki, Azərbaycan torpağında səngər qazmağı dayandırın, dinc yaşamaq istəyənlə kimsənin işi yox. Deməli, anlatmaq üçün növbəti “Dəmir Yumruq”a ehtiyac var. Çox qalmayıb...

Elşad Paşasoy,
Musavat.com

Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola  bilərdim” -MÜSAHİBƏ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR