İnsanlara hürriyət, millətlərə istiqlal!

Xeyriyyəçilik bu gün də var, sabah da... – “Balıq bilməsə də, Xaliq bilir”...

3139 09.12.2018 16:06 Ölkə A A


Millət vəkili Elxan Süleymanov yaddaşlarda mesenat kimi qalır


İki gün öncə müsavat.com-un əməkdaşlarından biri Bakı sakinləri arasında maraqlı sorğu keçirib. O, Hacı Zeynalabdin Tağıyevi nümunə göstərərək, camaatdan soruşub ki, çağdaş dövrümüzdə də xeyriyyəçilik edən şəxslər tanıyırlarmı, bu haqda eşidiblərmi? Cəmi bir neçə adam bildirib ki, hazırda xeyriyyəçiliklə məşğul olan şəxslər var. Əlbəttə, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun təhsil sahəsində, müalicəyə ehtiyacı olan şəxslərə dəstək verilməsində rolu böyükdür və bu qurumun adını bir neçə nəfər çəkib. Əksəriyyət isə konkret ad çəkə bilməyib. Hətta bir çoxları xeyriyyəçilərin olmadığını iddia ediblər.
Bu, ilk növbədə onun göstəricisidir ki, əksər vətəndaşlar media ilə maraqlanmırlar. Nədən ki, xeyriyyə işləri görən şəxslər barədə mətbuatda daim məlumatlar olur.
Görünən budur ki, insanlar əsasən bu məsələdə pessimistdir. Bəlkə də bu o səbəbdəndir ki, Azərbaycanda xeyli sayda geniş imkanlara malik şəxslər olsa da, onların əksəri vəsaitlərini fərdi, biznes maraqlarına sərf edir; restoranlar, şadlıq evləri tikir və s. Amma bu təbiidir, hər kəs öz pulunu necə xərcləməyi özü müəyyən edir və buna müdaxilə etmək də doğru sayılmaz. Xeyriyyəçilik isə təkcə imkan məsələsi deyil! Bu missiyadır, xarakterdir, hətta bir çox hallarda genetik ənənədir. Əlbəttə, gerçək xeyriyyəçilər hansısa işi onlara əl çalınması, reklam edilməsi üçün görmürlər. Bunu Heydər Əliyev Fondunun nümunəsində də görmək mümkündür. Həm Fond, həm də digər bir çox xeyriyyəçilər fərdi qaydada göstərdikləri köməkliklərin açıqlanmamasını xahiş edirlər, yəni təmənna güdmürlər... “Balıq bilməsə də Xaliq bilir”...
Amma ortada bir reallıq da var: Xeyriyyəçiləri xalq tanımalıdır, onlar örnək göstərilməli və digərləri də bundan nümunə götürməlidir. Həmçinin, onların adı tarixə yazılmalıdır, sabahkı nəsil də təcrübələri əsas götürməlidir. Əgər belə olarsa, vətəndaşlarımız da bu günümüz, sabahımız üçün pessimist olmaz və bilərlər ki, cəmiyyətimiz xeyirxah insanlar yetişdirməkdə davam edir...


Bu gün Hacı Zeynalabdinin ruhuna dualar oxumağımıza, adını fəxrlə çəkməyimizə səbəb əsasən onun məktəblər inşa etdirməsidir. Böyük mənada mesenatlıq fərdi qaydada kiməsə əl tutmaq da deyil. Fərdi köməkliklər daha çox ictimai yardımlaşmadır. Məsələn, heç şübhəsiz ki, zamanında Zeynalabdin bəy yüzlərlə kasıb, ehtiyacı olan insanlara əl tutub. Amma bu gün onlar xatırlanmır, məhz onun təhsil sahəsində gördüyü işlər, su kəmərləri çəkdirməsi kimi savab əməlləri tarixə yazılıb.
Müasir dövrümüzdə də məktəblər tikdirən, onlarla yaşayış məntəqəsinə su çəkdirən, təhsil təqaüdləri verən xeyriyyəçi insanlar var. Əlbəttə, onlar bunu gözə girmək üçün deyil, hansısa təmənna ilə etmədiklərindən geniş piarları da aparılmır. Ancaq əksər vətəndaşlarımızın “daha xeyriyyəçilik ənənəsi yoxdur, elə insanlar qalmayıb” kimi pessimist düşüncələrdən azad olması, insanlarımızın məlumatlı, ən əsas, bu günümüzə, sabahımıza inamlı olması üçün şahidi olduğum bir sıra faktları qeyd etməyə ehtiyac duydum.


Şamaxının millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun gördüyü xeyriyyəçilik işləri haqda kifayət qədər məlumatlıyam. Çünki onun təhsil sahəsində xeyriyyəçilik işlərinin 1992-ci ildən şahidiyəm. Onun əlaçılar üçün təsis etdiyi Hacı Rəhim Əfəndi adına təqaüdü alan ilk şagirdlərdən olmuşam 90-cı illərin əvvəllərində. Həmin vaxtdan indiyədək şahidi olduqlarımı qeyd edəcəm, təbii, bilmədiklərim də var hələ.

 
Elxan Süleymanov bu müddət ölkə boyunca 10-dək məktəb binasını inşa və təmir etdirib. Onun tərəfindən sıfırdan inşa etdirilən, açılışında, lentinin kəsilmıəsində şəxsən iştirak etdiyim məktəbləri sadalayım:


- Şamaxı rayon Ərçiman kəndində 2015-ci ildə;

1+.jpg (4.56 MB)


- Şamaxı rayon Məlcək kəndində 2017-ci ildə;

IMG_20170915_140953.jpg (2.01 MB)


- Göyçay rayon Qaraman kəndində 2017-ci ildə Avropa standartlarına uyğun şəkildə orta məktəb binaları tikərək, kənd sakinlərinin istifadəsinə verib. Bundan başqa, o, Şamaxıda 5 orta məktəbin qəzalı vəziyyətdə olan binasının təmirini həyata keçirib, açılışını edərək istifadəyə verib.

d059479f0939.jpg (146 KB)


Elxan Süleymanov Şamaxının deputatı olduğu illərdə 10-a yaxın dağ kəndinin içməli su təminatını həyata keçirib. Hansı ki, on illərdir o kəndlərin əhalisi su sarıdan korluq çəkirdi.

8.jpg (3.57 MB)
Rayonun Məlhəm kəndində dahi şair Əfzələddin Xaqaninin heykəlini zövqlə bərpa etdirib, həmin kəndə çəkdirdiyi bulağı “Xəqani bulağı”, Sabirkənddə tikdirdiyi bulaq isə “Sabir bulağı” adlandırılıb. Yəni həm də Şamaxının fəxri olan ədiblərin xatirəsi əbədiləşdirilib.

5.jpg (4.44 MB)
Bundan başqa, E.Süleymanov böyük şairimiz Seyid Əzim Şirvanının qəbirüstü abidə kompleksini öz hesabına yenidən qurdurub.

6.jpg (3.48 MB)


O, ölkə üzrə hazırda 100-dən çox şagirdə əlaçı təqaüdü verir. Bu təqaüdlər heç də simvolik məbləğlər deyil, bir şagirdin dəftər-kitab xərcləri ilə yanaşı, hətta ailəsinə kömək edə biləcək qədərdir. Süleymanov Hacı Rəhim Əfəndi adına mükafatla bərabər, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının və Şamaxı Humanitar Kollecinin tələbələri üçün Ə.Xaqani və S.Ə.Şirvani təqaüdləri də təsis edib.

5.jpg (3.36 MB)

 

2010-cu ildə Şamaxının millət vəkili seçiləndən sonra – 2011-ci ildən başlayaraq onun təşəbbüsü və dəstəyi, rəhbəri olduğu AVCİYA və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə hər il Şamaxıda Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilir. Bu müsabiqənin ümumilikdə 70-dən çox qalibləri də onun mükafatçılarıdır.

esas.jpg (233 KB)
10-dan çox imkansız ailələrdən olan tələbənin isə təhsil haqqını ödəyir.

Fərdi qaydada çox savab işlər görür və təbii mən bunların hamısını bilmirəm. Bildiklərim isə budur ki, Bakıda, Şamaxıda, Göyçayda və digər regionlarda onlarla kimsəsiz, ehtiyacı olan ailələrə yardımlar təyin edib və illərdir həmin ailələr onu alır. Bir neçə şəhid ailəsini tam himayəyə götürüb.

Eyni zamanda hər il azı 10 ağır xəstənin müalicəsi, əməliyyatı üçün büdcə ayırır.

Yuxarıda bir qeyd vermişdim ki, xeyriyyəçilik təkcə imkan məsələsi deyil. Bu həm də genetik bir xarakterdir. Əyani sübutu odur ki, Elxan Süleymanovun babası Hacı Rəhim Əfəndi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Göyçay qəzasında ilk dünya elmlərini tədris edən məktəb açan şəxs, xeyriyyəçi insan olub.

1.ESAS SHEKIL.jpg (113 KB)

E.Süleymanov tədbirlərində hər dəfə bunu təkrarlayır: “Bu gün ölkəmizdə böyük quruculuq, abadlıq işləri görülür və bunların müəllifi Prezidentimiz, Cənab İlham Əliyevdir. Biz onun gördüyü işlərə dəstək veririk, eyni zamanda babamdan yadigar qalan xeyriyyəçilik ənənələrini yaşadıram. Xeyriyyəçilər hər zaman olub. Bu gün də var, sabah da olacaq. Mən əminəm ki, xalqımız bu ənənəni yaşadacaq və yaşatmalıdır”...

Elşad MƏMMƏDLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR