İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxananın damında dəhşətli görüntülər - Çürümüş cəsədlərlə dolu iki otaq tapıldı VİDEO

3169 16.10.2022 03:07 Gündəm A A

Pakistanın Pəncab əyalətinin Multan şəhərində xəstəxananın damında dəhşətli görüntülər qeydə alınıb.

Musavat.com xəbər verir ki, damda çürümüş cəsədlər və insan bədəninə aid olduğu ehtimal edilən bəzi əzalar tapılıb.

Multanda “Nişhtar” xəstəxanasının damında tapılan cəsədlərin görüntüləri sosial mediada paylaşılıb. Görüntülərin yayılmasından sonra səlahiyyətlilər çürüyən cəsədlər və insan bədən hissələri ilə bağlı araşdırma başladıb.

Sözügedən cəsədlərin tibb tələbələri tərəfindən təcrübələr üçün istifadə edildiyi bildirilib. "Geo News" televiziyasında xəstəxananın morqunda olan 5 dondurucudan yalnız birinin işlək vəziyyətdə olduğu və bu vəziyyətin illərdir belə davam etdiyi bildirilib.

Hadisənin üzə çıxması bir çox insanın reaksiyasına səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu qeyri-insani davranışa görə məsuliyyət daşıyanların ən ağır şəkildə cəzalandırılmasını tələb edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR