İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəng əleyhinə peyvəndinin ilk sınaq seriyası istehsal olundu

797 10.12.2025 14:53 Yaşam A A

Rusiya Elmlər Akademiyasının Qamaleya Epidemiologiya və Mikrobiologiya Mərkəzi xərçəng xəstəliklərinə qarşı hazırlanan ilk test peyvəndlərinin üç seriyasını istehsal edib.

Musavat.com xəbər verir ki, məlumata görə, yeni preparatlar mRNT texnologiyası əsasında hazırlanıb və bu sahədə Rusiyada ilk belə genişmiqyaslı klinik yönümlü layihə hesab olunur.

Mərkəzin direktoru bildirib ki, artıq diagnostikadan tutmuş mRNT-nin istehsalına və xəstələrdə tətbiqinə qədər bütün icazə sənədləri əldə edilib:

“Texnologiyanın istifadəsi üçün tam icazə paketi təsdiqlənib. Bu, həm diaqnostika, həm də mRNT-nin xəstələrdə tətbiqi daxil olmaqla bütün mərhələləri əhatə edir”.

Qeyd olunur ki, peyvənd son üç il ərzində intensiv şəkildə sınaqdan keçirilib. Təkrar olunan çoxsaylı dokliniк sınaqlar təhlükəsizlik və effektivlik baxımından müsbət nəticələr verib.

Hazırda layihə klinik mərhələyə keçmək üzrədir və Rusiya elmi dairələri bunu onkoloji xəstəliklərlə mübarizədə yeni mərhələ kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR