İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İrana qarşı zərbələrdən danışdı: Kiçik toqquşmadır...

504 14.07.2026 08:39 Dünya A A

ABŞ-ın İrana qarşı hazırkı zərbələrinin məqsədi Tehranın Hörmüz boğazındakı hərbi imkanlarını məhv etməkdir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib: "Biz onların Hörmüz boğazındakı imkanlarını məhv edirik".

Tramp əmindir ki, ABŞ sonda boğaza nəzarəti ələ keçirə biləcək.

Lakin Amerika lideri İranla münaqişənin hazırkı mərhələsini böyük bir hadisə hesab etmir: "Bu, kiçik bir toqquşmadır".

ABŞ prezidentinin sözlərinə görə, İranın "yalnız kiçik bir hərbi potensialı qalıb": "Biz zərbələri davam etdirəcəyik və nə olacağını görəcəyik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR