İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ötən gecə İranın bu ərazilərinə zərbələr endirib

440 14.07.2026 08:26 Dünya A A

Ötən gecə ABŞ qüvvələrinin zərbələri nəticəsində İranın yeddi şəhərində və üç adasında güclü partlayışlar qeydə alınıb.

Musavat.com xəbər verir ki, məlumatı İran dövlət mediası yayıb.

Bildirilir ki, partlayışlar Buşehr əyalətinin cənubundakı Cam, Buşehr və Kengan şəhərlərində və Hörmüzgan əyalətinin cənubundakı Bəndər Abbas liman şəhərində baş verib.

Mehr xəbər agentliyinin məlumatına görə, dörd nəfərin yaralandığı cənub-qərbdəki Xuzistan əyalətinin Omidiyyə şəhərində və Sistan və Bəlucistan əyalətlərinin Oman körfəzi sahillərində yerləşən Çabahar və Konarak şəhərlərində də partlayışlar qeydə alınıb.

Bundan əlavə, ABŞ-ın İranın Fars körfəzindəki Kiş və Əbu Musa adalarına və Hörmüz boğazındakı Qeşmə zərbələri qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR