İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndindəki rejimin çöküşü və son çıxış yolu

4836 19.05.2021 09:20 Siyasət A A

Sabiq nazirdən “ermənilər zaman-zaman bu torpaqları tərk edib gedəcəklər” açıqlaması

Xankəndində ermənilərin son dərəcə ümidsiz olması barədə erməni mənbələrinin xəbərləri təsdiqlənir. Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov da bu barədə açıqlama verib. “Xankəndindəki ermənilər çox depressiv şəraitdə yaşayırlar. Hazırda o bölgədə yaşayan ermənilərin sosial durumu çökmə ərəfəsindədir. Qarabağda hələ də qalan separatçı rejimin qalıqları özünün iqtisadi vəziyyətini qarşılamağa qadir deyil və hətta öz təhlükəsizliyini təmin etməyi bacarmır. Ümumiyyətlə, Xankəndində, Xocalıda yaşayan ermənilər Rusiya Federasiyasından göndərilən humanitar yardımdan asılıdırlar. Ona görə də separatçı rejimin qalıqları düşünürlər ki, bundan sonra nə edə bilərlər, hazırkı vəziyyətdə gələcəklərini necə dəyişə bilərlər”, - deyə, o bildirib.

Politoloq bildirib ki, Araik Arutyunyan və Vitali Balasanyanın Moskvanın əmrlərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur: “Araik Arutyunyan və Vitali Balasanyan anlamalıdırlar ki, sülhməramlıların komandanına qarşı çıxarlarsa, aralarında qarşıdurma baş verərsə, onların Qarabağda azad günlərinə sayılı saatlar qalacaq. Onlar hətta həbs oluna bilər, hətta İrəvana aparılmadan birbaşa Bakıya təhvil verilə bilərlər.

Oleq Kuznetsov “Yerkramas” Fransa xüsusi xidmət orqanlarının Rusiyadakı  erməni diasporuna təsir alətinə çevrilib” | Baki-baku.az

Oleq Kuznetsov

Bu şəxslər Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa veriliblər. Ona görə də onlar rahatlıqla Bakıya təhvil verilə bilərlər. Bunun üçün də Araik və Balasanyan məcburdur ki, Rusiya sülhməramlı kontingentinin verdiyi bütün təlimatları, tapşırıqları yerinə yetirsinlər. Bu təlimatlara əməl etməsələr, ağır nəticələri ilə üz-üzə qalacaqlar”.

Şuşadakı atəşfəşanlıqdan sonra daha da depressiv vəziyyətə düşən Qarabağ ermənilərinin son ümid yeri bəllidir-Bakı. Buna doğru da gedirlər. Kuznetsovun deməyindən də anlaşılan odur ki, separatçılar da daha onlara kömək edə bilməyəcəklər, onlar da sülhməramlıların dediklərinə əməl etmək zorundadırlar.

Rusiyalı ekspertin dedikləri və müşahidə olunan gedişat Xankəndindəki rejimin və oradakı erməni əhalinin taleyinin həm Rusiya sülhməramlılarından, həm də Bakıdan asılı olduğunu və rejimin tədricən dalana dirəndiyini söyləməyə əsas verirmi?

Fikrət Yusifov: Ermənistan bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq  istəyirsə, onu çökdürən bu müharibəni dərhal dayandırmalıdır » Azim.az

Fikrət Yusifov 

Sabiq nazir, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, əslində Vətən müharibəsindəki acınacaqlı məğlubiyyətdən sonra ermənilərin bu torpaqlarda yaşaması onlar üçün ağırdır. Ağlı başında olan erməni yaxşı başa düşür ki, ikinci Qarabağ savaşına qədər onlara həm Ermənistan hakimiyyəti, həm separatçıların başçıları, həm də xarici dəstəkiçiləri tərəfindən verilən vədlər tamamilə əsassız və mənasız imiş. Bu savaş bütün qaranlıqlara aydınlıq gətirdi: “İndi erməni, həm də rusiyalı analitiklər də yaxşı başa düşür ki, ruslar oradan gec-tez gedəcək və belə olan halda, bu torpaqlarda on illər boyu törətdkləri yaramazlıqlar fonunda onların Qarabağda yaşaması çətin olacaq. Artıq indidən həmin ermənilərin maddi, iqtisadi problemləri fəlakət həddinə çatıb. Onların yeganə xilas yolu Azərbaycanın pasportunu qəbul edib Azərbaycan vətəndaşı kimi yaşamalarına razılaşmalarıdır. Yoxsa yaxın gələcəkləri daha qaranlıqdır. Mən əminəm ki, heç bir erməni valideyn övladlarının, nəvələrinin gələcəyini odla suyun arasında saxlayıb Qarabağda yaşamaq istəməyəcək. Ruslar təbi ki, bunu qətiyyən istəmirlər. Ona görə də bu gün Qərbin sanksiyaları məngənəsində sıxılaraq getdikcə daha dərin böhran bataqlığına düşən Rusiya Qarabağ ermənilərini orada saxlamaq üçün böyük xərclər edir”. F.Yusifovun sözlərinə görə, gerçəklik budur ki, Rusiyanın bütün səylərinə baxmayaraq,  erməni kimi tülkü xislətli bir millətin ikinci Qarabağ savaşındakı acı məğlubiyyətdən sonra orada yaşaması mümkün deyil və onlar zaman-zaman bu torpaqları tərk edib gedəcəklər: “Ən böyük həqiqət isə budur ki, Qarabağda yaşayan son erməni oranı tərk etdikdən sonra belə, ruslar oradan getmək istəməyəcəklər və bunu ”əsaslandıran" onlarla “dəlillər” tapıb ortaya qoyacaqlar.  Qarabağ müharibəsi bir daha göstərdi ki, bu münaqişədə bizim qarşımızda ermənilər deyil, ruslar dayanıb. Ona görə də biz bu problemin həllində daha praqmatik mövqedən çıxış etməliyik. Bu gün Qarabağ ermənilərdən daha çox ruslara lazımdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR