İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə aksiya BAŞLADI, döyüş mövqeləri YARADILDI - Görüntülər “Həftə içi”ndə...

1488 15.08.2023 15:01 Son xəbər A A

Qarabağdakı qanunsuz erməni silahlı dəstələri üçün döyüş mövqeləri yaradılır. Musavat.com xəbər verir ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən aktiv hazırlıq və gücləndirmə işlərinin görülməsi faktları aşkar edilir.

Əldə edilmiş görüntülərdə Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində yerləşdirilən müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin maskalanması, onlar üçün ehtiyat döyüş mövqelərinin yaradılması halları da müşahidə olunur.

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərinə göndərilmiş rusiyalı milyarder Ruben Vardanyan “xeyriyyə aksiyasına” başlayıb. Erməni mediası məlumat yayıb.

Bildirilir ki, R.Vardanyanın “Qarabağın təhlükəsizlik və inkişaf cəbhəsi” adlı “ictimai hərəkatı” bugündən sosial yeməkxanalar açır. Orada hamilə qadınlar, 16 yaşa qədər olan uşaqlar və 65 yaşdan yuxarı insanlara gündə bir dəfə pulsuz yemək veriləcək.

Vardanyanın ofisindən bildirilib ki, “sosial yeməkxana” xeyriyyə proqramı “qida ilə bağlı çətinlikləri” yüngülləşdirmək məqsədi daşıyır və “ehtiyacı olan soydaşlarımıza gündə bir dəfə yemək imkanı təklif edir”.

Maraqlıdır ki, bu təşəbbüsə qarşı elə erməni icması özü çıxış edib. Onlar bildiriblər ki, əgər qida çatışmazlığı varsa, Vardanyanın ofisi bu qidanı hardan əldə etdiyini açıqlasın: “Yaxşı olardı ki, o qidalar mağazalara aparılsın və satışa çıxarılsın”.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu AMİP sədri Arzuxan Əlizadə ilə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR