İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim edəcək

367 01.08.2024 10:29 Ölkə A A

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bütün müntəzəm beynəlxalq reysləri üzrə “GATE20” xüsusi promokodu ilə aviabiletlərin güzəştli satışına start verir.

Musavat.com AZAL-a istinadən xəbər verir ki, sərnişinlər promokoddan istifadə edərək biletləri 20% endirimlə ala bilərlər.

Endirim biletin tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Aksiya yalnız AZAL-ın mobil tətbiqi üzərindən həyata keçirilir və yalnız böyük sərnişinlər (ADULT) üçün keçərlidir. Promokod təkcə ekonom sinif aviabiletlərinə şamildir.

Təklif avqust ayının 1-dən 8-nə kimi alınan təyyarə biletlərinə tətbiq olunur və aviaşirkətin 20 sentyabr-31 oktyabr 2024-cü il tarixlərində yerinə yetirəcəyi reyslərini əhatə edir.

Aviabiletləri güzəştlə əldə etmək üçün bron zamanı AZAL-ın mobil tətbiqinə daxil olmaq və promokod hissəsində “GATE20” açar sözünü qeyd etmək lazımdır. Bundan sonra sistem biletlərin endirimli qiymətini göstərəcək.

AZAL-ın mobil tətbiqini linkə keçid alaraq yükləmək olar: https://bit.ly/azal-app.

Aviaşirkət hər kəsi bu fürsətdən faydalanmağa və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etməyə dəvət edir!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR