İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunacaq

248 01.08.2024 10:55 Mədəniyyət A A

Avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır.

Musavat.com xəbər verir ki, bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub.

Ulu öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.

Hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də saat 17:30-da Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.

Mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR