İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Tehran səması uçuşlara BAĞLANDI, müdafiə sistemləri HAZIR vəziyyətdə! CANLI

811 01.08.2024 11:30 Son xəbər A A

Bu gün yerli vaxtla səhər saat 06:00-dan saat 12:00-a kimi Tehran səmasında bütün uçuşlara qadağa qoyulub.

Musavat.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, qadağa İsmayıl Haniyə ilə keçirilən vida mərasiminə görə tətbiq edilib. İranın hava hücumundan müdafiə sistemləri hazır vəziyyətə gətirilib. Hazırda İsmayıl Haniyənin meyiti Tehran Universitetinə gətirilib, vida mərasimi keçirilir.

İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyəni Vatsap vasitəsilə izləyib. Livanlı jurnalist Eliya Mane belə məlumat yayıb.

Onun sözlərinə görə, İsrail kəşfiyyatı Vatsap mesajı vasitəsilə Haniyənin telefonuna casus proqram quraşdırıb. Casus proqram HƏMAS liderinin yerləşdiyi evin dəqiq yerini aşkarlamağa və ona pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə Yaxın Şərqi, Cənubi Qafqazı və Ukraynadakı münaqişəni müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR