İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya diplomatını bu ölkədən QOVURLAR

800 01.08.2024 11:48 Region A A

Rusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya səfiri etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb. O, artıq nazirlikdədir”, - qurumdan bildirilib.

Rusiyanın Moldovadakı səfirinə bildirilib ki, diplomatik missiyanın hərbi attaşe köməkçisi casusluq işi ilə bağlı şübhələrə görə respublikanı tərk etməlidir.

Səfirin sözlərinə görə, Kişinyovun hərəkətləri ikitərəfli münasibətləri pozmağa yönəlib, Moskva cavab tədbirləri görəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR