İnsanlara hürriyət, millətlərə istiqlal!

İmran Xana görə ölkədən QOVULDU

716 01.08.2024 11:36 Dünya A A

Pakistan hakimiyyəti həbsdə olan keçmiş baş nazir İmran Xandan müsahibə almağa cəhd etdiyi üçün britaniyalı jurnalist, yazıçı və teleaparıcı Çarlz Qlassı ölkədən qovub.

Musavat.com xəbər verir ki, bu barədə “The News International” qəzeti yazıb.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları Qlassın turist vizasını ləğv edib və ondan beş saat ərzində İslam Respublikasını tərk etməyi tələb edib.

Bu, jurnalistin siyasətçinin saxlandığı Adiala həbsxanasının rəhbərliyindən Xanla görüşmək üçün icazə almağa çalışmasından sonra baş verib.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 14 il həbs cəzasına məhkum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR