İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneyi etirazçıların cəzalandırılması əmrini verdi

3127 19.11.2022 22:40 Region A A

İranın ali dini lideri Əli Xameneyi nümayişlərdə iştirak edənlərin cəzalandırılmasını tələb edib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, İranın dini lideri bunu İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.

Bildirib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edənlər cəzalandırılmalıdır.

İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xameneyi qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb:

“Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR