İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistindən Suad Qarayevaya SƏRT REAKSİYA — “Məhsəti Gəncəvini aşağılayan hər kəs Gəncəyə cavab verməlidir!”

971 05.12.2025 23:08 Mədəniyyət A A

Azərbaycan mədəniyyət mühitində son günlərin ən çox müzakirə edilən qalmaqalı - “Məhsəti” filmi ətrafında yaranan narazılıqlar getdikcə böyüyür və daha da kəskinləşir.

Xatırladaq ki, Əbülfəz Qarayevin qızı Suad Qarayevanın çəkdiyi bu filmdə dünya şöhrətli Azərbaycan şairəsi Məhsəti Gəncəvi gəzəyən, əxlaqsız qadın obrazında, erotik təsvirlərlə təqdim edilir.

Qalmaqala sərt reaksiyalardan biri Xalq artisti, Gəncənin sevilən ifaçısı Şahnaz Haşımovadan gəlib. Xalq artisti sosial media hesabında Suad Qarayevaya səslənərək qeyd edib:

“Azərbaycanın dünya şöhrətli, görkəmli ziyalı xanımı, böyük şairə Məhsəti Gəncəvi haqqında yazılan aşağı yönümlü, yanlış və təhqiredici fikirlər yol verilməzdir! “Məhsəti” sözünün özü “böyük xanım”, “uca qadın” deməkdir. O, bu ada layiq olduğu üçün ona bu yüksək ad verilib. Gəncədə yaşamaq, Gəncəli olmaq şərəfdir, fəxr hissidir!”

Onu da xatırladaq ki, filmlə bağlı qadağa Azərbaycanda gündəm olsa da, bir neçə beynəlxalq film festivalında artıq nümayiş olunub.

 

Xalidə Gəray
Musavat.com

49b90a21-1bc6-47c7-ba34-3dd856bcd61d.jpg (126 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR